Yuxarı

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Rusiyanın neft emalı obyektlərinə Ukraynanın endirdiyi zərbələrə cavab olaraq Kremlin hücumları daha da intensivləşdirdiyi müşahidə olunur. Lakin bu zərbələrin əhəmiyyətli hissəsi hərbi hədəflərə deyil, mülki infrastruktura yönəlir. Son hücumlar zamanı Kiyevdə 20 yaşayış binası zədələnib, çoxsaylı ölən və yaralanan var, şəhərdə matəm elan edilib.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert qeyd edib ki, artıq dəfələrlə qeyd olunduğu kimi, 2026-cı ilin yay aylarının müharibə tərəfləri üçün son dərəcə ağır keçəcəyi gözlənilir:

“Rusiyanın gecə saatlarında yaşayış məntəqələrini hədəfə alması onun cəbhədə və strateji istiqamətlərdə istədiyi nəticələri əldə edə bilməməsi ilə əlaqələndirilir. Eyni zamanda, Ukraynanın Rusiya ərazisindəki neft emalı müəssisələrinə zərbələri davam edir. Bu fonda Rusiyada yanacaq təminatı ilə bağlı problemlərin yarandığı, Moskva və digər şəhərlərdə narazılıqların artdığı bildirilir.

Daxildə narazılığın artdığını göstərən hadisələrdən biri də rusiyalı hərbçinin Prezident Vladimir Putinə müraciətindən sonra baş verib. Bildirilir ki, o, Moskvaya qayıtdıqdan sonra saxlanılıb, evində axtarış aparılıb, texniki avadanlıqları müsadirə edilib və barəsində cinayət işi açılıb”.

Ekspertin fikrincə, hazırkı vəziyyət fonunda qarşıdakı günlərdə həm Rusiyanın, həm də Ukraynanın qarşılıqlı zərbələri davam etdirəcəyi gözlənilir:

“Ukrayna artıq Rusiyanın zərbələrinə adekvat cavab verməyə qadirdir. Bunu Ukrayna Prezidenti Zelenski də təsdiqlədi. O qeyd etdi ki, Rusiya Kiyevə endirdiyi zərbəyə görə cavab alacaq. Bu baxımdan Rusiyanın strateji obyektlərinə güclü zərbələr gözlənilir”.

Tarix
2026.07.03 / 07:00
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla