Yuxarı

Simonyanın “vurulmasında” Moskva izi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Simonyanın “vurulmasında” Moskva izi...

Ermənistanda parlament seçkilərindən sonra başlanan vəzifə bölgüsü bir sıra gözlənilməzliklərlə müşayiət olunur. Bu gözlənilməzlik, xüsusən də baş nazir Nikol Paşinyan və hakim Mülki Müqavilə Partiyasının ən nüfuzlu kadrlarından sayılan, əvvəlki parlamentin spikeri Alen Simonyanın yenidən həmin posta namizədliyini irəli sürməməsi ilə bağlıdır. Belə ki, hakim partiyadan seçilən deputatların əksəriyyəti parlament sədri postuna Alen Simonyanın müavini Ruben Rubinyanı uyğun görüblər.

Alen Simonyan isə deputat mandatından imtina edəcəyi, ancaq siyasi fəaliyyətini Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasında davam etdirəcəyini bildirib.

Görəsən, Alen Simonyan niyə “vurulur”?

Axar.az xəbər verir ki, siyasi şərhçi Elçin Xalidbəyli Bakupost.az-a bildirib ki, A.Simonyan ətrafında baş verənlər hələlik müəmmalı xarakter daşıyır:

“O, həm parlament sədri, həm də siyasətçi kimi baş nazir Paşinyanın ən yaxın silahdaşları arasında ön planda yer alırdı. Hətta o, seçki kampaniyası dövründə Paşinyanla bir yerdə bir sıra piar kampaniyalarında, regionlara səfərlərdə iştirak edib. Yəni çox yaxın münasibətdə idilər. Ancaq son zamanlar bu iki siyasətçi arasında müəyyən ziddiyyətlərin meydana çıxdığı iddia olunur”.

Müsahibimiz ehtimal edir ki, Simonyan öz siyasi xəttini yürüdə və Ermənistanda Qərbə yönəlik siyasi düşərgənin ehtiyat variantı kimi də qala bilər:

“Bəzi ehtimallara görə Alen Simonyan Prezident postuna gətiriləcək. Ancaq son məlumatlara görə o, özü bu postu tutmaqda maraqlı deyil. Digər iddialara görə isə Simonyan ona ayrılan siyasi roldan narazı qalaraq, Paşinyanın komandasından kənara çəkilir”.

Ekspert Simonyanın kənarlaşdırılmasında Rusiya amilini də istisna etmədi:

"Onun vurulmasında variantlardan biri kimi Rusiyanın əlinin olduğu da iddia edilir. Hazırda Ermənistanla Rusiya arasında gərgin qarşıdurma mühiti hökm sürür. Paşinyan münasibətləri yumşaltmaq üçün Rusiya Prezidenti Putinlə görüşə can atır. Kreml isə hələlik bu görüşə razılıq verməyib. Hətta Moskva Ermənistandakı seçkilərin legitimliyini də hələ tanımır. Bu əsasda ola bilsin Alen Simonyanın qurban verilməsi Putinin Paşinyanla görüşə razılıq verməsi və münasibətlərin yumşaldılmasına gedilməsinə nail olmaqla bağlıdır. Yəqin ki, Kreml Simonyanla bağlı belə bir tələb irəli sürüb. Alen Simonyan Paşinyanla müqayisədə Rusiyaya qarşı daha aqressiv sərt olması ilə seçilir. Bu əsasda Putinlə görüşə razılıq verilməsi əvəzində ola bilsin Kreml Alen Simonyanın hakimiyyət komandasından kənarda saxlanılması tələbini irəli sürüb. Güman ki, yaxın günlərdə baş verənlərin səbəbləri tədricən aydınlaşmağa başlayacaq”.

Tarix
2026.07.03 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla