Yuxarı

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Bakı-Tiflis-Qars dəmir yolunun modernləşdirilməsindən sonra işə salınmasını alqışlayıb və onun tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralı ilə birləşdirilməsi məsələsinin işlənib-hazırlanmasını təklif edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu bəyanat Mirziyayevin Tiflisdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı səsləndirilib.

Tərəflər nəqliyyat-tranzit əməkdaşlığının gücləndirilməsini və bu sahədə iki ölkənin potensialından tam istifadə etmək üçün əlverişli şəraitin yaradılmasını müzakirə ediblər. Özbəkistana məxsus yüklərin daşınması prosesində "Batumi" və "Poti" dəniz limanlarının infrastrukturundan daha geniş istifadə edilməsi vurğulanıb. Həmçinin Özbəkistan mallarının sərgilənəcəyi şouruma sahib logistika mərkəzinin və sənaye zonasının qurulması niyyəti müsbət qarşılanıb.

Nəqliyyat məsələləri ilə yanaşı, Ş.Mirziyayev və İ.Kobaxidze ticari-iqtisadi, investisiya, sənaye, turizm və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.

Danışıqların yekunlarına əsasən, tərəflər qarşıdakı illər ərzində ticarət dövriyyəsinin həcminin bir milyard ABŞ dollarına yüksəldilməsi, ticarət sahəsindəki disbalansın aradan qaldırılması və məhsulların qarşılıqlı tədarükünün artırılmasını hədəfləyən xüsusi "yol xəritəsi"nin tərtib olunması ilə bağlı razılıq əldə ediblər.

Bundan əlavə, aqrar, enerji, elektrotexnika, əczaçılıq, qida və yüngül sənaye, tikinti materiallarının istehsalı, rəqəmsallaşdırma, informasiya texnologiyaları (İT), rəqəmsal bankçılıq və turizm sektorlarında müştərək layihələrin icrası barədə razılaşmalar qəbul edilib. Bu layihələrin dəstəklənməsi məqsədilə ortaq investisiya fondunun qurulması təklifi irəli sürülüb.

Eyni zamanda, Gürcüstanda Özbəkistan səfirliyinin təsis edilməsi barədə qərar qəbul olunub. Danışıqların yekunları üzrə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair birgə yol xəritəsi hazırlanacaq.

Tarix
2026.07.03 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla