Yuxarı

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

Qarabağ Zəfəri təkcə Azərbaycan üçün deyil, Rusiya müstəmləkəçiliyindən əziyyət çəkən digər xalqlar üçün də tarixi əhəmiyyət​ daşıyır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

A.Eyvazlı Göytürk bildirib ki, Qafqaz xalqlarının yaşadığı soyqırımı və deportasiya faciələri oxşar tarixə malikdir:

“Azərbaycan XIX əsrdə Çar Rusiyasının işğalı ilə üzləşib, 1918-ci ildə müstəqilliyini bərpa etsə də, iki il sonra yenidən sovet işğalına məruz qalıb. Sovet dövründə Zəngəzur və Dərələyəz kimi tarixi Azərbaycan torpaqları Ermənistana verilib, 1937-ci il repressiyaları həyata keçirilib, yüz minlərlə azərbaycanlı deportasiya olunub”.

O vurğulayıb ki, 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci ildə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb:

“Azərbaycan xalqı başına gətirilənləri unutmadı və milli yaddaşını qorudu. Ermənistanın torpaqlarımızı 30 il işğal altında saxlamasında Rusiyanın dəstəyi mühüm rol oynayıb. Bu gün həmin Rusiya tankları Bakıda Hərbi Qənimətlər Parkında nümayiş olunur. Qarabağ Zəfəri Rusiya müstəmləkəçiliyindən əziyyət çəkən bütün xalqlar üçün ümid və tarixi ədalətin təntənəsidir. Şuşa isə bu Zəfərin rəmzidir”.

Tarix
2026.07.06 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla