Yuxarı

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Rusiya Dövlət Duması plenar iclasında yekun üçüncü oxunuşda Daxili İşlər Nazirliyinin əmək miqrasiyasına nəzarət sahəsində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanun qəbul edib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu qanunla nazirlik artıq ixtisaslı xarici mütəxəssislər üçün peşə siyahılarının təsdiq edilməsində Rusiya Əmək Nazirliyinin funksiyalarını öz üzərinə götürəcək.

Yeni qaydalara əsasən, Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərə sadələşdirilmiş prosedurla ölkədə yaşayış icazəsi almaq hüququ verən peşə siyahılarını müəyyən edəcək. Nazirlik həmçinin regionlar üzrə müəyyən edilmiş kvotalardan kənarda işə götürülə bilən mütəxəssislərin siyahılarını da hazırlayacaq.

Daxili İşlər Nazirliyi habelə Əmək Nazirliyinin razılığı ilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi və ya müvəqqəti yaşayış icazəsi verildiyi bölgədən kənarda işləməyə icazə vermək hüququna da sahibdir.

Bildirilir ki, bu cür qərarlar qəbul edilərkən Rusiya regionları arasındakı iqtisadi əlaqələr nəzərə alınacaq.

Tarix
2026.07.07 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla