Yuxarı

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Vaxtı ilə Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan “Fireland Vineyards” MMC-nin (VÖEN – 1301263921) dövlət büdcəsinə 25 min 830 manat 90 qəpik vergi borcu var.

Axar.az Yeniavaz.com-a istinadla xəbər verir ki, “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib.

“Fireland Vineyards” MMC-nin Novxanıda A.Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərib.

Qeyd edək ki, şirkətin təsisçiləri arasında Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevna da olub. Əvvəlki illərdə şirkətin vergi borcu faha yüksək olub. Hətta 2021-ci ildə şirkətin vergi borcu yarım milyon manata kimi yüksəlib.

2021-ci ildə “Fireland Vineyards” MMC-yə rəhbərlik edən Səidov Elmar Çingiz oğlu Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası da qaldırıb. Hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 77, m. 40-da yerləşən “Fireland Vineyards” MMC-nin hazırda qanuni təmsilçisi yoxdur.

Tarix
2026.07.08 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla