Yuxarı

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Rusiyanın iqtisadi elitası müharibədən bezib. Sanksiyalar milyardları əridir, kapital qaçır, gələcək isə qeyri-müəyyəndir. Ən təhlükəli siqnal isə budur ki, elita artıq çıxış yolu axtarır.

Axar.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Elbəyi Həsənli “Deyli Ekspress” nəşrindəki məlumatlara əsasən qeyd edib.

O bildirib ki, Kremlin əsas təbliğatçısı Vladimir Solovyovun aqressiv reaksiyası da bu faktı təsdiqləyir:

“O, elitanı açıq şəkildə təhqir edir, “tacir donuzlar” adlandırır və onları xəyanətdə ittiham edir. Bu artıq ritorika deyil. Bu - qorxudur. Çünki tarixdə ən təhlükəli proses elitanın hakimiyyətdən üz döndərməsidir.

Təsadüfi deyil ki, Solovyov açıq şəkildə 1973-cü il Çili çevrilişinə istinad edir. Bu isə o deməkdir ki, Kreml daxilində çevriliş ehtimalı real müzakirə mövzusudur”.

O xatırladıb ki, Rusiyada iqtisadi sahədə vəziyyət ağırlaşmağa davam edir:

“Mərkəzi Bank və maliyyə sistemi təzyiq altındadır, müharibənin maliyyələşdirilməsi getdikcə çətinləşir. Və ən vacib siqnal isə odur ki, təhlükəsizlik paranoyası güclənir. Məlumata görə, Putinə yaxın çevrə tam nəzarət altındadır, telefon zəngləri məhdudlaşdırılıb, hərəkətlər izlənir, Putinin özü belə rezidensiyalarını dəyişir. Bu nə deməkdir?

Hakimiyyət artıq öz içindən qorxur.

Bu gün Rusiyada üç proses paralel gedir: müharibə uzanır, iqtisadiyyat zəifləyir, elita narazı düşür.

Bu isə tarixdə bir nəticə doğurur - sistem daxilindən dağılma.

Putin üçün əsas təhlükə artıq Ukrayna deyil. Əsas təhlükə öz çevrəsidir.

Və bu mərhələdə bir sual yaranır: bu, sadəcə böhrandır, yoxsa sonun başlanğıcı?”

Tarix
2026.07.08 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla