Yuxarı

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Futbol üzrə Dünya Çempionatının 19 iyulda baş tutan final qarşılaşması öncəsi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin paylaşımı diqqət çəkib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, ötən gün finalın başlamasına 1 saat qalmış Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.

O qeyd edib ki, Gəncə uzun illər onun üçün gizli bir sirr olaraq qalıb: bəzi yaşlı sakinlərin şəhərdəki məktəblərdən birini niyə "İspan məktəbi" adlandırması və Gəncədə ispan pilotların məzarlarının olması sual doğurub.

H.Hacıyev bildirib ki, "AnewZ" tərəfindən hazırlanmış "The aviators of Ganja | AnewZ investigative documentary" ("Gəncənin aviatorları | AnewZ araşdırma sənədli filmi) adlı araşdırma filmi bu unudulmuş tarixin bir hissəsinə işıq salır.

H.Hacıyevin ispan pilotlarla bağlı bu paylaşımı İspaniyaya azarkeşlik etməsinin mesajı ola bilərmi?

Tarix
2026.07.20 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla