Yuxarı

Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəriyə gəlirlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəriyə gəlirlər

Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları Azərbaycana birbaşa təmas qurmaq təşəbbüsü ilə çıxış edərək, Həkəri çayına ağ bayraqla gəlməyə hazır olduqlarını açıqlayıblar.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları ötən gün yenidən hökumət binasının qarşısına toplaşıblar və hakimiyyətə yaxınlarının taleyi ilə bağlı konkret məlumat təqdim etməsi üçün bir həftə vaxt verdiklərini bildiriblər.

İtkin düşmüş hərbçinin əmisi Arsen Qukasyan bildirib ki, 1990-cı illərdən etibarən azərbaycanlıların dəfn yerləri barədə məlumata malik şəxslər onların təşəbbüs qrupu ilə əlaqə saxlayaraq vahid məlumat bazasının yaradılmasına kömək edə bilərlər.

Onun sözlərinə görə, onlar danışıqlar aparmaq üçün ağ bayraqla Həkəri çayına gəlməyə və eyni statusa malik azərbaycanlılarla əlaqə yaratmağa hazırdırlar.

"Biz itkin düşmüş yaxınlarımız barədə məlumat əldə etmək üçün bir-birimizə kömək etmək istəyirik. Artıq nə hökumətə, nə Avropaya, nə ABŞ-yə, nə də Rusiyaya ümid edirik. Bütün ümidimiz özümüzədir. Mümkün olan bütün vasitələrdən istifadə etməliyik", - deyə Qukasyan bildirib.

Tarix
2026.07.21 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla