Yuxarı

İlham Əliyev ÜDM-i 5 trilyon dollar olan ölkədə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev ÜDM-i 5 trilyon dollar olan ölkədə...

Azərbaycan Prezidenti İlham Əliyev dünən Almaniyaya rəsmi səfərə gedib. Avropa Birliyinin aparıcı dövlətlərindən olan Almaniya iqtisadiyyatının həcminə görə dünyada ilk üçlükdə qərarlaşıb. 5 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Almaniya AB-də ən böyük iqtisadiyyata malik dövlətdir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

“Azərbaycan ilə Almaniya arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar formalaşdırır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar olub. Bu, əvvəlki ilə nisbətən müəyyən azalma demək olsa da belə, Almaniya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi son 5 ildə 68 faiz artıb.

Almaniyanın üzv olduğu AB uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizindən çoxu AB-nin payına düşüb. Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi ittifaq dövlətlərinə yönəlib. Xarici ticarət dövriyyəsinin dörddə biri ittifaqa üzv olan İtaliyanın payına düşür. İllik 25.2 milyard kub metrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir.

Almaniya da daxil olmaqla, Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərdən 10 ölkənin AB üzvləri olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyinin güclənməsi anlamına gəlir. Azərbaycan son 5 ildə Avropaya 60 milyard kubmetrə yaxın təbii qaz nəql edilib. Azərbaycan AB-yə təbii qaz ixrac edən ölkələr arasında ilk beşlikdə qərarlaşıb.

Azərbaycan ilə Almaniya arasındakı enerji əməkdaşlığı iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılması üçün yeni imkanlar yaradır. Tərəflər, eyni zamanda, sərmayələr sahəsində də əməkdaşlığı gücləndirirlər. Azərbaycan Prezidentinin Almaniyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq”, - o bildirib.

Tarix
2026.07.21 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə...

Hikmət Hacıyev Tural Sadıqlını bu sözlərlə darmadağın etdi - Video

Bakı ilə razılığa gəldik, mühüm siqnaldır - Merz

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General

Böyük müharibələrin təsirinə məruz qalmışıq - Merz

Prezident Berlində AB ilə əlaqələrdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla