Yuxarı

Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu...

İyulun 22-də milli mətbuatımızın yaradılmasının 151-ci ildönümü tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açıldı. Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb:

"Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan, Azərbaycan milli mətbuatı yarandığı vaxtdan etibarən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi bir missiyanı da yerinə yetirib".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan mətbuatı ötən 151 ildə çətin, lakin şərəfli yol keçib. Müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, öz yolundan dönməyib, həqiqətin carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb:

"Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində də çox uğurlu irəliləyişlər göz qabağındadır. Ölkədə söz azadlığı tam təmin olunub, istər yazılı, istərsə də onlayn kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir. Özünəməxsus inkişaf yolu keçən Azərbaycan mətbuatının, kütləvi informasiya vasitələrinin cəmiyyətə, ictimai fikrə təsiri bu gün özünü daha qabarıq şəkildə büruzə verir. Belə ki, cəmiyyət inkişaf etdikcə, "dördüncü hakimiyyət" adlandırılan medianın öhdəlikləri də artır.

Ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafına xidmət edən bir sıra qanun və sərəncamlar imzalayıb, "Media haqqında" qanun isə Azərbaycan mediasında yeni mərhələnin başlanğıcı olub. Bu gün milli mətbuatımız milli maraqlarımızın qorunmasında, informasiya təhlükəsizliyinin təmin olunmasında da prinsipial mövqe nümayiş etdirir. Bu baxımdan, 44 günlük Vətən müharibəsi media üçün bir sınaq dövrü oldu və Azərbaycan mediası informasiya müharibəsində də öz üstünlüyünü qorudu. Bu mənada tarixi zəfərimizdə medianın rolunu xüsusi qeyd etməliyik. Hazırda dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur. Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək. Ona görə də, Azərbaycan mediası bundan sonra da milli maraqlarımız naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. İnanırıq ki, belə də olacaq. Hazırda bütün dünyada yeniliklər baş verir, rəqəmsallaşma, sosial şəbəkələr, süni intellekt cəmiyyət həyatının ayrılmaz hissəsini təşkil edir. Təbii ki, bu yeniliklər media sahəsində də özünü ciddi şəkildə göstərir. Bu baxımdan, ölkəmizin mediası da bu qlobal çağırışlarla ayaqlaşmalıdır. Mən media işçilərini peşə bayramları münasibətilə ürəkdən təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram”.

Tarix
2026.07.21 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə...

Hikmət Hacıyev Tural Sadıqlını bu sözlərlə darmadağın etdi - Video

Bakı ilə razılığa gəldik, mühüm siqnaldır - Merz

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla