Yuxarı

Millət vəkili bu iki gənclə bağlı hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili bu iki gənclə bağlı hərəkətə keçdi

Görmə qabiliyyəti olmayan I qrup əlil gənclərimiz mütləq ödənişli ali təhsildən azad olunmalıdırlar.

Axar.az xəbər verir ki, bu sözləri Qənirə Paşayeva bildirib.

O, bir müddət öncə Milli Məclisdə qaldırdığı bu məsələ ilə bağlı universitetlərimizi də dəstək olmağa çağırıb:

"Hər kəs onların dünyasının "siyah" olduğunu düşünəndə onlar gecə-gündüz mübarizə apararaq bundan qurtuluş üçün çalışdılar. Azər gözləri görməsə də, əksər sağlamlardan daha çox, 530 bal toplayaraq daxil Bakı Dövlət Universitetinin Tarix fakültəsinə. Ancaq bu istedadlı gənc özünə iş tapa bilmir. Görmə qabiliyyəti olmayan insanlara yanaşmamızı dəyişməliyik. Bu gün Azərlə bağlı Təhsil naziri Mikayıl Cabbarova və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət məktubu göndərdim. Ümid edirəm ki, Azərin məsələsinə diqqətlə yanaşılacaq və o, qısa zamanda işlə təmin olunacaq".

Millət vəkili daha bir gəncə diqqət çəkib: "Kamal Hüseynov da I qrup gözdən əlildir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin alman dili müəllimliyinə daxil olub. Gəncədə anadan olan Kamal sadə bir ailənin övladıdır. Ailəsi onun təhsil haqqına çətinliklərlə də olsa, dəstək olmağa çalışıb. Ancaq III kursdan ailənin təhsil haqqını ödəmək imkanları olmayıb. Kamal artıq 4-cü kursdadır. Təhsil haqqını ödəyə bilmədiyi üçün dövlət imtahanına buraxılmadığını üzüntü ilə söylədiyində çox kədərləndim. BDU-nun prorektoru Aydın müəllimlə danışdıq və Kamala universitetin daxili imkanları hesabına kömək etmələrini xahiş etdik. Bu gün rektor Abel Məhərrəmova bununla bağlı rəsmi xahiş məktubu göndərdik və ümid edirəm ki, sabah müsbət xəbər ala biləcəyik. Bu məsələ qanunvericilikdə öz həllini tapana qədər universitetlərimizin də bu işdə daha həssas davranması görmə imkanları məhdud gənclər üçün böyük bir stimul olar".

Tarix
2016.10.05 / 15:50
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla