Yuxarı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 4 gün əvvəl Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə iki ölkənin informasiya siyasətindən şikayət etmişdi. Lavrov mövcud tendensiyanın qarşısının alınması üçün birbaşa media əlaqələrinin inkişafı vacibliyindən danışmışdı. Lavrov ikitərəfli münasibətlərin mediada daha obyektiv işıqlandırılması məqsədilə informasiya əməkdaşlığını genişləndirməyin əhəmiyyətini vurğulamışdı.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Lavrov-Bayramov görüşündən cəmi 4 gün sonra Rusiya mediası Dövlət Dumasının deputatı Aleksandr Tolmaçevun Azərbaycan əleyhinə açıqlamasını yayıb:

“Rusiya hakim partiyasının deputatı olan Aleksandr Tolmaçev Azərbaycanın Almaniya və bütövlükdə Avropa ilə münasibətlərini inkişaf etdirmək siyasətindən narazılığını ifadə edərək, ölkəmizi hədələyən açıqlamalar verib. Azərbaycanı Ukrayna və Ermənistanın “səhvlərindən nəticə çıxarmağa” çağıran rusiyalı deputata hakim dairlərdə “Sənin sözlərin Azərbaycanla tərəfdaşlığa zərur vurur” deyən yoxdur. Görünür, Aleksandr Tolmaçev kimilərə ona görə xəbərdarlıq edilmir ki, elə Kremldə oturanlar da onun kimi düşünür, özlərinin söyləyə bilmədiklərini deputatları vasitəsilə səsləndirirlər. Belədirsə, Kremlin Azərbaycanla “strateji tərəfdaşlıq” barədə söylədiklərinin reallıqla əlaqəsi yoxdur. Azərbaycanın Almaniya, Avropa Birliyi və ya ABŞ-la münasibətlərindən sizə nə?”

Tarix
2026.07.22 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla