Yuxarı

Rusiyada yaşayan azərbaycanlılara - Müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada yaşayan azərbaycanlılara - Müraciət

Ümumrusiya Azərbaycan Konqresi dünən Moskvanın Cümə məscidində baş verən insidentlə bağlı Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.

APA-nın verdiyi məlumata görə, müraciətdə ÜAK Rusiyada yaşayan həmyerlilərimizi təxribatlara uymamağa, müxtəlif Azərbaycan diaspor təşkilatlarının nümayəndələrini Rusiyadakı Azərbaycan icmasının sıralarına qarışıqlıq salan hansısa şərhlər verməkdən çəkinməyə çağırıb.

"Rusiya azərbaycanlıları Rusiya cəmiyyətinin ölkə qanunlarına və insan haqları normalarına riayət edən tərkib hissəsidir. Bu ölkədəki həmyerlilərimiz eləcə də prezident və Rusiya xalqlarının lideri Vladimir Putinin milli siyasətini hərtərəfli dəstəkləyir. Rusiyadakı mövcud millətlərarası və konfessiyalararası razılıq ölkə cəmiyyətində sabitliyin və sülhün qorunub saxlanılmasının başlıca şərtlərindən biridir. Millətlərin sülh şəraitində mövcudluğunun təmin olunması üçün olan hüquqi vasitələr və mexanizmlərə ciddi riayət olunmalıdır, dini ekstremizm və dözümsüzlüyün yaranmasına yol verilməməlidir. Bütün inanclı müsəlmanlardan xahiş edirik ki, Rusiyanın müsəlmanlarını ayıran deyil, birləşdirən faktorlara diqqət yetirsinlər", - deyə ÜAK-ın müraciətində qeyd olunub.

Tarix
2016.10.05 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla