Yuxarı

Çoxuşaqlı ailələrə yeni güzəştlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çoxuşaqlı ailələrə yeni güzəştlər

Azərbaycanda çoxuşaqlı ailərlə bağlı yeni güzəştlərin tətbiq edilməsi təklif edilir.

Bu təkliflə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev Trend-ə bildirib ki, onun təklifi çoxuşaqlı ailələrin mənzil problemini həll etməyə yönəlib:

"Azərbaycanda beş və daha çox uşağı olan ailələrə hər uşağa görə dövlət tərəfindən müavinət verilir. Təklif edirəm ki, dörd və daha çox uşağı olan ailələrə harada yaşamalarından asılı olmayaraq mənzil tikilməsi üçün növbəsiz və rüsumsuz torpaq sahəsi verilsin".

M.Quliyev qeyd edib ki, torpaq sahəsi gələcəkdə uşaqlara ev tikmək üçün lazımdır:

"Çünki bu uşaqlar böyüdükdən sonra onların hər birinə ev lazımdır. O ailələrə torpaq sahəsi verilsin ki, uşaqlar böyüyənə qədər imkanı olduqca ev tikə bilsin. Bakıda, eləcə də digər şəhərlərimizdə şəhər kənarlarında boş torpaq sahələri var. Həmin torpaq sahələrindən çoxuşaqlı ailələrə ayırmaq mümkündür".

Tarix
2016.10.06 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla