Yuxarı

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AzTV İranın bu hücumlarına cavab verəcək - Video

44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən İran mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası və informasiya hücumları aparıb. Bunun əksinə olaraq, Azərbaycan mediası bu gün İran ətrafında baş verən hadisələri yalnız xəbər prinsipləri çərçivəsində işıqlandırır, hər hansı dezinformasiya və informativ hücumlara yol vermir.

Axar.az xəbər verir ki, bunu AzTV-də yayımlanan "Həftə" analitik-informasiya verilişində Rövşən Məmmədov İranın Kəşfiyyat Nazirliyinin açıqladığı "İrana düşmən olan media qurumları" siyahısında Azərbaycan Televiziyasının da yer almasına münasibət bildirərkən deyib.

Rövşən Məmmədov bildirib ki, belə bir şəraitdə İranın Kəşfiyyat Nazirliyinin "İrana düşmən olan media qurumları" siyahısına AzTV-ni də daxil etməsi təəccüb doğurur:

“Azərbaycan Televiziyasının bu siyahıya hansı əsasla salındığı bəlli deyil”.

O vurğulayıb ki, bunun səbəbi 44 günlük Vətən müharibəsi dövründə və sonrakı illərdə İran mediasının Azərbaycan əleyhinə yaydığı dezinformasiyalara AzTV-nin faktlara əsaslanan cavabları ola bilər.

Rövşən Məmmədov vurğulayıb ki, böyük tarixə malik Azərbaycan Televiziyası informasiya cəbhəsində ölkəmizə qarşı yönələn bütün hücumlara indiyədək olduğu kimi, bundan sonra da qarşı tərəfin kimliyindən asılı olmayaraq cavab verməyə davam edəcək.

Daha ətraflı aşağıdakı videoda:

Tarix
2026.07.27 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla