Yuxarı

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın AzTV-ni “düşmən” saymasının cavabı...

İranın Kəşfiyyat Nazirliyinin AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsinə cavab olaraq “Səhər” telekanalı və “Mehr” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinin qanunsuz elan edilməsi adekvat addımdır. Məntiqlə Tehran geri çəkilməli – Azərbaycanın dövlət kanalı ilə bağlı yanlışını düzəltməlidir, çünki müharibənin davam etdiyi mövcud vəziyyətdə mümkün gərginlik İrana sərfəli görünmür. Lakin bunun baş verəcəyi ehtimalı zəif görünür və mümkündür ki, AzTV ilə bağlı qərar Azərbaycanla informasiya müstəvisində yeni qarşıdurmanın başladılması məqsədilə verilib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, İranda Bakı ilə gərginlikdə maraqlı olan qrupların bu qərarın verilməsində rolunun olduğu istisna edilməməlidir:

“Media Agentliyi Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri “Səhər” və “Mehr”lə, eləcə də onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır. Bura ekspertlər də daxil edilməlidir, çünki xüsusilə “Səhər” kanalı azərbaycanlı şərhçilərdən açıqlamalar almağa çalışır və bunu İran təbliğatında istifadə edir. Hətta kanala müsahibə verənlər arasında deputatlar da var. Bu kanalla bağlı qərar çoxdan verilməli idi”.

Tarix
2026.07.28 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla