Yuxarı

Uşaq ölümləri 50 faiz azalıb - YUNİCEF

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaq ölümləri 50 faiz azalıb - YUNİCEF

Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova BMT Uşaq Fondunun (YUNİCEF) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Edvard Karvardin ilə görüşüb.

MM-dən Axar.az-a verilən məlumata görə, B.Muradova deyib ki, parlamentdə qanunvericilik aktlarının hazırlanması prosesində uşaq hüquqları mütləq nəzərə alınır: "Xüsusilə son 10 ildə qəbul edilən qanunlarda gender məsələlərinə və uşaq haqlarına xüsusi diqqət yetirilib. Gələn ilin büdcəsi müzakirə olunarkən uşaq hüquqları məsələsi daha geniş aspektdə nəzərə alınacaq".

E.Karvardin YUNİCEF-in Azərbaycandakı nümayəndəsi kimi görəcəyi işlər, nəzərdə tutduğu fəaliyyət proqramı və planları barədə ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycanda uşaq ölümü 50 faiz azalıb, onların məktəbə cəlb olunması və uşaqlar arasında yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş uşaqların pozulmuş hüquqlarının bərpası və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2016.10.06 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla