Yuxarı

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Mariya Zaxarovanın fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb:

"Bu səbəbdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır".

XİN sözçüsü əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub:

"Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır".

Qeyd edək ki, iyulun 27-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova "Qvardeysk" gənclər forumunda çıxışı zamanı bildirib ki, "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmindən istifadə edilməsinə çağırış etsə də, bunun kimin və nəyə münasibətdə tətbiq olunması sual idi. Təəssüf ki, xoşbəxtlikdən "Dağlıq Qarabağ"ın Ermənistan tərəfindən nə özününkü, nə də müstəqil ərazi kimi tanınmadığı məlumdur. Belə bir şəraitdə KTMT-nin kollektiv təhlükəsizlik mexanizmindən istifadə olunması mümkün deyildi".

Tarix
2026.07.28 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla