Yuxarı

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Ümid Partiyasının sədri İqbal Ağazadə iyulun 29-u Ronahi Kürd Mədəniyyət mərkəzi tərəfindən Prezident və DTX-ya şikayət edilib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə İqbal Ağazadə özü məlumat yayıb.

Partiya sədrinin sözlərinə görə, müraciətdə onunla yanaşı, Sərdar Cəlaloğlu, Arif Hacılı haqqında bölücülük etdikləri və kürdləri alçaltdıqları bildirilərək, tədbir görülməsi istənilib:

"Mən heç vaxt, heç bir şəxsi milli, dini, irqi mənsubiyyətə görə aşağılamaram, buna nə şəxsi tərbiyəm, nə də siyasi-ictimai statusum yol vermir. O ki ola Azərbaycanda yaşayan hər hansı bir etnik qrupu.

Mən Azərbaycanın bütövlüyünü, onun müstəqilliyini, dövlətçiliyini, milli maraqlarını dəstəkləyən, qoruyan, özünü bu dövlətin bir parçası sayan kimsəni heç vaxt aşağılamaz, barəsində neqativ düşüncədə olmaram. Bu mənim dəyişilməz mövqeyim, prinsipimdir.

Hamı bunu belə bilsin.

Azərbaycan onu sevən, qoruyan hər kəsin - türkün, talışın, kürdün, ləzginin, avarın, saxurun, ingiloyun, yəhudinin, udinin, tatın, qırızın, ukraynalının, rusun, bir sözlə, hamının vətənidir, bu ölkə hamımızındır...

Amma və lakin...

Mən bölücülüyə qarşıyam, mən bu ölkənin kənd-kənd, şəhər-şəhər, mahal-mahal bölünməsinə göz yuma bilmərəm.

Mən deyirəm ki, Azərbaycan hamımızın vətənidir, kimsə özünə mahnısında, şeirində, ritorikasında Azərbaycanın bir parçasından yalançı bölgə düzəldib, "bura bizimdir" deməsin.

Bakıda, Şəkidə, Balakəndə, Xankəndidə, Lerikdə, Laçında, Qusarda, Sabirabadda yaşayırsansa, demək, Azərbaycanda yaşayırsan, azərbaycanlısan (milliyyətin kim olsa belə), kimin üçünsə məhdudiyyətlər var ki, sən bu bölgədə yaşama deyə?

İnzibati bölgü milli-etnik bölgü demək deyil. Bu zona türklərin, bu bölgə başqalarının deyə, bir ayrımçılıq da yoxdur...

Gələk, Ronahi Kürd Mədəniyyət Mərkəzinin mövqeyinə.

Bir daha bildirirəm, şəxsi münasibətlərdə, siyasi əlaqələrdə xeyli kürd dostum, əqidədaşım var, hamısını sevirəm, hörmətlə yanaşıram. Dillərinə də, mədəniyyətlərinə və ənənələrinə də sayğım sonsuzdur. Onları türklərdən ayrı bilmirəm, eynən digər azsaylı xalqlar kimi. Bu ölkə hamımızındır, kimsə kimsədən üstün və ya aşağı deyil.

Lakin Ronahi Kürd Mədəniyyət Mərkəzi "Qırmızı Kürdüstan" kitabının müəllifi Həjər Şamili təbrik edirsə, düşünürəm. Əcəba niyə???

Axı bu Həjərin kitabında əzəli və əbədi Azərbaycan torpağının içində süni bir dövlət yaradan Rusiyanın ideyaları yayımlanıbsa, Ronahi Kürd Mədəniyyət Mərkəzi niyə onu təbrik edir?

Təəssüf ki, rəsmi qurumlar daha çox düşünməlidir.

Ronahi Kürd Mədəniyyət Mərkəzinin səlahiyyətli nümayəndələri, əcəba, Avropada yayımlanan Kürd TV kanallarına müsahibələr verir, bilmir ki, o kanalların hamısı qardaş Türkiyənin ərazisinin parçalanıb, Kürdüstanın yaranmasını təbliğ edirlər?

Mərkəzin üzvləri bayraqlarla şəkil paylaşırlar, bilmirlər ki, o bayrağı Türkiyə ərazisinə sancmaq istəyirlər? (Mən hələ Həjər kimilərin “Qırmızı Kürdüstan” xülyalarından danışmıram).

Bəs düşünmürsünüz ki, bir tərəf Zəngəzur, bir tərəf Cəbrayıl, bir tərəf Kəlbəcər deyəndə, bu, bölücülükdür?

Deməyin ki, biz yaşadığımız ərazini deyirik. Əvvəla, orda əhalinin böyük əksəriyyətini yenə də türklər təşkil edir, təbii ki, kürd qardaşlarımız da yaşayırlar.

Amma siz Bakıda yaşamırsınız, Gəncədə, Sumqayıtda yoxsunuz?

Nədən özünüzə coğrafiya cızırsınız, hər yer Azərbaycan deyil?

Başqa niyyət yoxsdursa, niyə bəlli bölgələrin adını çəkir, hətta mərkəzin rəsmi səhifəsində Laçın yazırsınız?

Bu barədə düşündünüzmü heç?

Biz hamımız azərbaycanlıyıqsa, doğulduğumuz yer xaric, başqa halda ancaq Azərbaycan sevgisindən yazırıqsa, nədən kimlərsə bəlli rayonları, bölgəni məhz bölücülüklə qeyd edir?

Sizcə biz, konkret desəm mən, anlamıram?

Kəndinizə gəlin, araşdırmaq lazımdırsa, ilk növbədə bəzilərinin gizli separatçılıq niyyəti araşdırılmalıdır.

Qaldı bu ölkənin xalqlarına - türkə, talışa, ləzgi, kürd, avar, ingiloy, saxur, rus, yəhudi, udin, tat, qırızına - istəsəniz belə nəsə edə bilməzsiniz. Biz bir yerdə Azərbaycanıq və bizli-bizsiz belə olacaq.

Nə kimsənin ürəyini bulandırmayın, nə də ortalığı qarışdırmağa çalışmayın.

Bu məmləkət sevgisini nə türkdən, nə talışdan, nə ləzgidən, nə kürddən, nə avardan, nə tatdan kimsə ala bilməz. Biz BİRLİKDƏ AZƏRBAYCANIQ, AZƏRBAYCANLIYIQ.

P.S. Əziz kürd, talış, ləzgi, avar, udin, saxur, tat, rus, yəhudi, qırız qardaş və bacılarım, Azərbaycan hamınızla gözəldir, bu gözəllik hamımızındır, birlikdəyik, bu dövlətin sahibiyik. Sizləri özümüz bilirik...".

Tarix
2026.07.30 / 00:59
Müəllif
Axar.az
Digər xəbərlər

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla