Yuxarı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Son illər Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlərin daha da dərinləşməsi müşahidə edilir. Bu, iki ölkə arasındakı ticarət dövriyyəsində də özünü göstərməkdədir. 2025-ci ildə Azərbaycan ilə Qırğızıstan arasındakı ticarət dövriyyəsi 94 faiz artaraq 40 milyon dollardan 77.2 milyon dollara yüksəlib. İki ölkə arasında ticarət dövriyyəsi son 5 idə 13 dəfədən çox artıb. Bu region üçün xüsusi artım rekordu hesab olunmaqla yanaşı, münasibətlərin dərinləşməsinin təzahürüdür.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib.

“Aydındır ki, tərəflər arasında potensial daha böyükdür. Qarşılıqlı yüksək səviyyəli səfərlər bu potensialdan daha yaxından istifadəyə imkan verəcək.

Tərəflər yalnız ticari əlaqələrdə deyil, iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığı gücləndiriblər. Son ildə sərmayə qoyuluşları sahəsində də ciddi əməkdaşlıq müşahidə olunur. Bu isə dövlətlərin daha da yaxınlaşmasına dəstək olur.

Bütövlükdə, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olan Azərbaycan və Qırğızıstan yalnız regionun deyil, bütövlükdə türk dünyasının inkişafına və inteqrasiyasına xüsusi töhfə verirlər. Bu baxımdan, Azərbaycan Prezidentinin dövlət səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etməklə yanaşı, türk dövlətlərinin daha sıx əməkdaşlığı üçün də yeni imkanlar yaradacaq”, - millət vəkili vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev hazırda Qırğızıstanda səfərdədir.

Tarix
2026.07.30 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla