Yuxarı

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

AZCON Holdinq şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə heyətinin yeni tərkibi formalaşdırılıb.

Axar.az Plat.az-a istinadla xəbər verir ki, Fərid Sadıqzadə “Azərpoçt”un idarə heyətinin sədrinin müavini təyin edilib.

F.Sadıqzadə 2023-2024-cü illərdə “Azercell” MMC-də, 2024-2026-cı illərdə “Neqsol Holdinq”də, 2025-2026-cı illərdə “Azerconnect Group”da müxtəlif vəzifələrdə çalışıb.

Paralel olaraq Lalə Quliyeva da “Azərpoçt”un İdarə heyətinin sədrinin müavini təyin edilib. O, bundan öncə “AFB Bank” ASC-də İdarə heyətinin sədrinin müavini olub.

“Azərpoçt”un idarə heyətinə daha bir üzv olaraq Şaiq Qəribzadə gətirilib. Ş.Qəribzadə eyni zamanda “Fedex” şirkətinin Azərbaycan üzrə regional direktoru, Futbolun İnkişafı Fondunun Qəyyumlar Şurasının üzvü, Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasınnın idarə heyətinin sədri, “Azeri Express” MMC-nin baş idarəedici tərəfdaşıdır.

Ş.Qəribzadə ilə paralel Mikayıl Xəlilov da qurumun idarə heyətinin üzvü təyin edilib. M.Xəlilov Bundan öncə “Azərpoçt”da Rəqəmsal İnkişaf departamentinin rəhbəri olub.

Qeyd edək ki, "Azərpoçt"un idarə heyətində 2024-cü ilin iyul ayından vəzifə tutan Elgün Rəsulov isə, hazırda müşavir kimi fəaliyyət göstərir.

İdarə heyətinin üzvlərindən əlavə qurumun sədrinə yeni müşavir də təyin olunub. Belə ki, sözügedən vəzifə Musa Xudiyevə həvalə edilib. Qeyd edək ki, M.Xudiyev bundan öncə “AFB bank”da satış ofisinin direktoru olub.

Məlumat üçün deyək ki, bu ilin aprel ayında “Azərpoçt”un rəhbəri dəyişib. Qurumun idarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb və onun yerinə Manaf Babayev sədr təyin edilib. İ.Mustafayevdən sonra qurumun İdarə heyətinin sədrinin müavini Xəyyam Əlizadə və İdarə heyətinin üzvü, Baş maliyyə direktoru Çingiz Qurbanov da işdən çıxıb.

Tarix
2026.07.30 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla