Yuxarı

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nı təsdiq edib.

Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə dəyərin, eləcə də həmin dəyərlə təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında yaranacaq mənfi fərqin hesablanması və bununla bağlı subsidiyanın ödənilməsi qaydalarını müəyyən edir.

Qaydaya əsasən, gediş haqqı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hesabına ödənilir. Müqavilə üzrə ay ərzində xidmətlərin dəyəri gediş haqqının Agentliyin hesabına ödənilməsindən formalaşan vəsait, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondundan ayrılan subsidiya, həmçinin qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına ödənilir. Müqavilə üzrə ay ərzində subsidiya Agentlik tərəfindən ayda bir dəfə daşıyıcı tərəfindən verilən hesab faktura və Agentlik və daşıyıcı tərəfindən imzalanan xidmətlərin qəbul aktı əsasında ödənilir. Müqavilə ilə müəyyən edilmiş marşrut (marşrutlar) üzrə gediş haqqından aylıq toplanan vəsait müqavilə üzrə ay ərzində göstərilən xidmətin dəyərindən çox olduqda artıq vəsait Agentliyin hesabında qalır. Digər daşıyıcılarla bağlanılan müqavilələr ilə müəyyən edilmiş marşrut (marşrutlar) üzrə gediş haqqından aylıq toplanan vəsait xidmətin dəyərindən az olduqda xidmətin dəyərinin ödənilməsində həmin vəsaitdən istifadə olunur.

Gediş haqqının ödənilməsindən Agentliyin hesabına daxil olan vəsait hesabına Agentlik daşıyıcının hesabına avans köçürə bilər və bu zaman yarana biləcək bank komissiyası daşıyıcıya ödənilən vəsaitdən tutulur. Müqavilə üzrə ay ərzində subsidiyanın ödənilməsi zamanı daşıyıcıya ödənilən avansın ümumi məbləği nəzərə alınır.

Müqavilə üzrə ödənişlər Agentlik tərəfindən daşıyıcının müqavilədə göstərilən bank hesabına pul vəsaitlərinin köçürülməsi yolu ilə nağdsız şəkildə həyata keçirilir.

Təqvim ili başa çatdıqdan sonra 30 iş günü ərzində daşıyıcı və Agentlik hesablaşmaları üzləşdirirlər. Hesablaşmaların üzləşməsinin nəticələrinə əsasən, daşıyıcı və Agentlik üzləşmə aktı tərtib edir və imzalayırlar. Üzləşmə zamanı yaranan borcun ödənilməsi və ya artıq ödənilmiş vəsaitin geri qaytarılması hallarında 2 iş günü ərzində yazılı bildiriş verilir və həmin yazılı bildirişin alındığı tarixdən 7 iş günü ərzində ödəniş həyata keçirilir.

Agentlik tərəfindən Xidmətin dəyərinə ildə bir dəfə, həmçinin yanacağın qiymətində dəyişikliklər olduğu və digər əhəmiyyətli hallar (verginin və digər məcburi ödənişlərin artması, avtomobillərin təmiri xidmətinin 10% və daha çox bahalaşması, milli valyutanın devalvasiyası, 10%-dən daha çox inflyasiyanın olması) baş verdiyi təqdirdə yenidən baxılır və nəticəsi müqavilənin ayrılmaz tərkib hissəsi olan protokolla rəsmiləşdirilir.

"Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 19 sentyabr 2025-ci il tarixli fərmanının 4.3-cü bəndinə əsasən təsdiq edilmiş tələblər ilə müəyyən edilən yürüş həddini və maksimum istismar müddətini keçən avtobuslarla xidmət göstərilə bilməz.

Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsi üçün avtobuslar dövlət vəsaiti hesabına alındıqda subsidiya hesablanarkən kapital xərcləri nəzərə alınmır.

Tarix
2026.07.31 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla