Yuxarı

Ziya Məmmədov vətəndaşlarla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ziya Məmmədov vətəndaşlarla görüşdü

Nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 7-də Naftalan şəhərində vətəndaş qəbulu keçirib.

Axar.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Nazir Goranboy, Tərtər rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşları qəbul edərək, onların müraciət, şikayət və təkliflərini dinləyib.

Vətəndaşların müraciətlərinə əsasən, Goranboy-Tapqaraqoyunlu, Goranboy-Goran stansiyası, Goranboy-Xanqərvənd yeni marşrut xətlərinin açılması təklif olunub.

Eyni zamanda, Tərtər avtovağzalının yaxınlığında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi, Naftalan-Goranboy-Naftalan marşrut xətti üzrə sərnişindaşımada kənar müdaxilələrin qarşısının alınması, Naftalan-Səfikürd avtomobil yolunun (5 km) təmiri üçün müraciətin müvafiq quruma göndərilməsi, Naftalan-Bakı-Naftalan və Naftalan-Gəncə-Naftalan marşrut xətlərində işləyən avtobusların yeniləri ilə əvəzlənməsi xahiş edilib.

Tərtər rayonunun nəqliyyat-yol kompleksində və görülmüş digər işlərlə əlaqədar minnətdarlıq ifadə olunub.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Tarix
2016.10.07 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla