Yuxarı

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

İran ətrafında yaranmış hərbi gərginlik və son müharibənin ortaya çıxardığı təhlükələr Azərbaycanın hava hücumundan müdafiə (HHM) imkanlarını daha da gücləndirməsinə səbəb olub.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalında dərc olunan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan son illərdə hava məkanının müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib. Bu istiqamətdə ölkə Pakistan istehsalı olan 40 ədəd “JF-17C Block III” çoxməqsədli qırıcısını silahlanmaya qəbul edib.

Müasir radarlar və uzaqmənzilli hava-hava raketləri ilə təchiz olunan bu təyyarələrin ölkənin hava qüvvələrinin döyüş imkanlarını artıracağı vurğulanır.

“Forbes” yazır ki, Azərbaycan bununla yanaşı, İsrail, Türkiyə və Çin istehsalı olan müxtəlif hava hücumundan müdafiə sistemləri, radarlar və digər vasitələr hesabına çoxqatlı müdafiə şəbəkəsi formalaşdırır.

Məqalədə bildirilir ki, İran-İsrail müharibəsi pilotsuz uçuş aparatları, qanadlı və ballistik raketlərin yaratdığı təhlükəni bir daha nümayiş etdirib və Bakı bu təcrübəni nəzərə alaraq hava məkanının müdafiəsini gücləndirmək qərarına gəlib.

Jurnal Azərbaycanın İranla uzun sərhədə malik olduğunu xatırladaraq qeyd edir ki, regionda təhlükəsizlik risklərinin artması fonunda hava məkanının etibarlı qorunması ölkə üçün əsas prioritetlərdən birinə çevrilib.

Müəllif hesab edir ki, yeni qırıcılar və müasir HHM sistemlərinin istismarı Azərbaycanın pilotsuz uçuş aparatları və raket təhdidlərinə qarşı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və ölkənin Cənubi Qafqazda ən güclü hava müdafiə şəbəkələrindən birinə malik olmasına töhfə verəcək.

Tarix
2026.07.31 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla