Yuxarı

Hindistandan göndərilən konteynerlər Astarada - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistandan göndərilən konteynerlər Astarada - Foto

Oktyabrın 7-də ilk dəfə "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə Hindistanın Banqalor şəhərindən Rusiyanın Vorsino stansiyasına test olaraq göndərilməsi planlaşdırılan, elektrik avadanlıqları və onlara ehtiyat hissələri ilə yüklənmiş 5 ədəd 40 futluq universal konteynerlərdən 3-ü, "ADY Ekspress" şirkətinin Astara Yük Həyətində qəbul edilib, platformalara yükləndikdən sonra, Astara stansiyasından təyinatı üzrə yola salınıb.

Axar.az xəbər verir ki, konteynerlər Hindistanın Mumbay şəhərindən dəniz vasitəsilə İranın Bəndər Abbas Limanına, oradan dəmir yolu ilə Qəzvin stansiyasına, oradan da avtomobillərlə Azərbaycan Astarasına çatdırılaraq, Rusiyaya yola salınıb. Artıq demək olar ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün iştirakçı ölkələri yükdaşımalar prosesinə qoşulublar.

Bir neçə gün öncə isə "ADY Express" "Cənub-Qərb" nəqliyyat dəhlizi ilə daha bir əməliyyat həyata keçirib. Belə ki, İran islam Respublikasından Avropaya göndərilən, mərmərlə yüklənən 10 ədəd 20 futluq konteynerlər, yük avtomobillərdən dəmir yolu platformalarına aşırılaraq, Astara dəmir yolu stansiyasından yola salınıb.

Xatırladaq ki, hələlik yüklər İrandan avtomobillərlə daxil olur, Astarada "ADY Express"ə məxsus Yük Həyətində vaqonlara aşırılaraq Astara dəmir yolu stansiyasından yola salınır. Həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astarada vaqonlara yüklənməsi Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi Fərman və sonradan Nazirlər Kabinetinin bu fərmandan irəli gələn qaydaların təsdiq etməsi nəticəsində mümkün olub.

Həmin Fərmana uyğun olaraq, Azərbaycan ərazisindən, sonrakı nəqli dəmir yolları ilə edilməsi şərtilə, yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar. Bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb.

Astaraçay üzərində salınan dəmir yol körpüsünün tikintisi isə başa çatmaq üzrədir. İnşa edilən körpü və salınan yeni dəmir yolu Azərbaycanın Astara Stansiyası ilə İran-Astara stansiyasını birləşdiriləcək ki, bu da öz növbəsində "Şimal-Cənub" və "Cənub-Qərb" marşrutlarında yük dövriyyəsinin intensivləşməsinə böyük təkan verəcək.

Tarix
2016.10.07 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla