Yuxarı

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

Türkiyə və Azərbaycan mallarının Ermənistana idxalı artan xətt üzrə davam edir.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, daha öncə yalnız Türkiyə ilə ticarət məlumatlarının dərc olunduğu rəsmi statistikalarda artıq Azərbaycanın da adı yer alır.

Ermənistan mediasının məlumatına görə, ticarət dövriyyəsi daha çox birtərəflidir. Türkiyə mallarının böyük həcmdə idxalı ilə müqayisədə Ermənistan mallarının ixracı çox aşağıdır. Ötən ilin ilk 5 ayında Ermənistandan Türkiyəyə 160 min dollar, bu il isə 330 min dollar dəyərində mal ixrac edilib.

Azərbaycana isə heç bir ixrac olmayıb. Bunun əvəzində Azərbaycan Ermənistana ixracı tədricən artırır. Bu proses ötən ilin sonundan başlayıb. Ötən ilin dekabr ayında Azərbaycandan Ermənistana təxminən 1 milyon dollar dəyərində neft məhsulları ixrac edilib. Həmin vaxt bu, istehlakçılar arasında narazılıq yaratsa da, zamanla səs-küy səngidi, hazırda Azərbaycandan Ermənistana malların ixrac edilməsi adi hala çevrilib.

Artıq Azərbaycanın neft məhsulları Ermənistanda tədricən mövqelərini genişləndirir. Bu ilin ilk 5 ayında Azərbaycandan Ermənistana idxal 12,2 milyon dollara çatıb: yanvarda 2,675 milyon, martda 3,669 milyon, apreldə 4,127 milyon, mayda isə 1,742 milyon dəyərində mal idxal olunub (fevral ayında idxal olmayıb). İdxal may ayından sonra da davam edir, lakin bu haqda rəsmi məlumatlar hələ dərc olunmayıb. Ermənistan mallarının Azərbaycan bazarına ixracı haqda danışılsa da, hələ heç bir addım atılmayıb.

Türkiyədən Ermənistana ixrac da sürətlə artır. Ötən ilin 5 ayında 128 milyon, bu ilin 5 ayında isə 185 milyon dollar dəyərində mal Ermənistana ixrac olunub.

Tarix
2026.08.05 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

Şirvan Kərimovun səlahiyyətlərinə xitam verildi

Hacıyev “Türkiyə”yə danışdı: İran böhranı ilə bağlı baxışımız...

Bakıdan imtina edən Talebə Kırıkovalıdan cavab

Ordumuzla üzbəüz mövqedə nələr var? - Erməni hərbçi

Rusiya azərbaycanlı diasporun obyektini məhv etdi - Foto

İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla