Yuxarı

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" "Expressbank"ın uzunmüddətli emitent defolt reytinqini (Long-Term Issuer Default Rating – IDR) "B+", proqnozunu isə "Sabit" (Stable Outlook) səviyyəsində təsdiqləyib.

Eyni zamanda, Bankın dayanıqlılıq reytinqi (Viability Rating – VR) "b+" səviyyəsində saxlanılıb.

Axar.az xəbər verir ki, "Fitch Ratings"in qiymətləndirməsinə əsasən, "Expressbank"ın reytinqi Bankın müstəqil maliyyə dayanıqlılığını, sağlam kapital mövqeyini, yüksək aktiv keyfiyyətini və risklərin effektiv idarə olunması sahəsində formalaşdırdığı yanaşmanı əks etdirir. Agentlik, xüsusilə Bankın aktiv keyfiyyəti və kapitallaşma göstəricilərini reytinqin əsas üstünlükləri sırasında qiymətləndirib.

Hesabatda qeyd olunur ki, "Fitch" Azərbaycan bank sektorunun fəaliyyət mühitinə dair qiymətləndirməsini də "bb-" səviyyəsindən "bb" səviyyəsinə yüksəldib. Agentlik bu dəyişikliyi ölkədə bank nəzarətinin gücləndirilməsi, riskəsaslı nəzarət mexanizmlərinin daha geniş tətbiqi və makroiqtisadi sabitliyin qorunması ilə əlaqələndirir. "Fitch"in gözləntilərinə görə Azərbaycanın bank sektorunda maliyyə göstəriciləri 2026–2027-ci illərdə də ümumilikdə dayanıqlı qalacaq.

"Fitch Ratings" "Expressbank"ın universal biznes modelinə malik olduğunu, əsas fəaliyyət istiqamətinin pərakəndə bankçılıq olduğunu və mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin Bankın prioritet istiqamətləri kimi qaldığını vurğulayıb.

Hesabatda Bankın yüksək kapitallaşma səviyyəsi xüsusi qeyd olunub. Belə ki, "Fitch Core Capital" (FCC) göstəricisi 2025-ci ilin sonunda 20,6 % təşkil edib və agentlik baza ssenarisinə əsasən bu göstəricinin yaxın illərdə də 19 %-dən yuxarı qalacağını proqnozlaşdırır. Eyni zamanda, Bankın likvidlik mövqeyi adekvat qiymətləndirilib və likvid aktivlərin müştəri depozitlərinin təxminən 29 %-ni əhatə etdiyi bildirilib.

"Expressbank"ın beynəlxalq kredit reytinqinin "B+" səviyyəsində, "Sabit" proqnozla təsdiqlənməsi Bankın maliyyə dayanıqlılığının, etibarlı biznes modelinin və davamlı inkişaf strategiyasının beynəlxalq səviyyədə növbəti dəfə təsdiqi hesab olunur.

"Expressbank" gələcəkdə də korporativ idarəetmənin təkmilləşdirilməsi, risklərin effektiv idarə olunması və müştərilərinə innovativ maliyyə həllərinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Tarix
2026.08.07 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla