Yuxarı

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

2025-ci ilin avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüşdən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoydu. Həmin görüşün davamı kimi Bakıda təşkil edilən iqtisadi dialoqun nəticəsi olaraq imzalanan müqavilələr iki ölkə münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və süni intelekt daxil olmaqla, yüksək texnoloji iqtisadi müttəfiqliyə keçməsinə imkan yaratdı.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov Vaşinqton sazişlərinin ildönümü ilə bağlı qeyd edib.

“Strateji tərəfdaşlıq Azərbaycanın ABŞ-a ixracının artmasını da stimullaşdırıb. 2026-cı ilin ilk 5 ayında Azərbaycanın Birləşmiş Ştatlara ixracı 38 faiz artıb. Həmin müddətdə Azərbaycan okeanın o tayına 43.1 milyon dollar dəyərində mal ixrac edib. ABŞ-a ixrac etdiyimiz məhsulların 90 faizi qeyri neft-qaz məhsullarıdır. Bu isə ABŞ-ın Azərbaycanın qeyri neft-qaz ixracatında yeni bazarlardan birinə çevrilməsi deməkdir.

İqtisadi dialoq çərçivəsində 7,5 milyard dollar dəyərində imzalanan müqavilələr isə ölkələr arasındakı iqtisadi münasibətlərin daha ünvanlı, yüksək səviyyəli strateji tərəfdaşlığa çevrildiyindən xəbər verir. Bu əməkdaşlıq Azərbaycanda süni intelekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır. İmzlanan müqavilələlər və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək.

Göründüyü kimi, son illər iki ölkə arasında formalaşan strateji tərəfdaşlıq iqtisadi sahədə əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar yaradıb”.

Tarix
2026.08.07 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla