Yuxarı

Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan sonra Türkiyə də məhdudiyyətləri qaldırdı

Ermənistan parlamentinin sədri Ruben Rubinyan Vaşinqtonda Ermənistan və Azərbaycan arasında Sülh Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə sosial mediada paylaşım edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, spiker artıq iki ölkə arasında sülhün bərqərar olduğunu bildirib.

“Bir il əvvəl Vaşinqtonda Sülh Bəyannaməsi imzalananda skeptiklər bunun real sülhə gətirib çıxaracağına inanmırdılar. Bunun sərhəddə sonsuz atışmalara və itkilərə son qoyacağına inanmırdılar. Bizim blokadadan çıxacağımıza inanmırdılar. Açıq şəkildə deyirdilər ki, bununla qarşı tərəfə yol veririk, özümüz isə heç nə əldə etmirik və blokada şəraitində qalacağıq. Son bir il ərzində baş verənlər bunun əksini göstərdi. Artıq təkcə bir il deyil, iki il yarımdır sərhəddə atəş nəticəsində heç bir yaralı və ya ölən olmayıb”, - Rubinyan bildirib.

Spikerin sözlərinə görə, Ermənistan nəinki blokada vəziyyətində qalmayıb, həm də blokadadan çıxışın müsbət nəticələrini ilk əldə edən ölkə olub: “Azərbaycan ərazisi vasitəsilə dünyaya dəmir yolu əlaqəsi əldə edib”.

O vurğulayıb ki, eyni hal Türkiyə ərazisi istiqamətində də baş verib: “Türkiyə yaxın vaxtlarda Ermənistanın öz dəmir yolu şəbəkəsindən istifadə etməsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu, real sülhdür və buna sevinmək lazımdır”.

Rubinyan hələ bütün problemlərin həll olunmadığını, amma zamanla bunların da çözüləcəyini qeyd edib.

Tarix
2026.08.08 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla