Yuxarı

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Paşinyanın Əliyevə zəng etməsi Qarabağ münaqişənin başlanması və sona çatdırılmasını əhatə edən dövrdə Azərbaycan və Ermənistan liderlərinin ilk telefon danışığıdır. Bakı-İrəvan xəttində sülhün əldə olunmasının ən bariz nümunələrindən biri kimi tarixi hadisə hesab oluna bilər.

Zəngin Paşinyan tərəfindən edilməsi Ermənistanın sülhün daha çox tərəfdarı olmasından yox, diktə edənin Azərbaycan olmasından qaynaqlanır. 2023-cü ilə qədər danışıqları imtiyası edən Ermənistan yalnız antiterror əməliyyatı ilə suverenliyimizin bərpasından sonra reallıqla barışmağa, Bakının təşəbbüsü və diktəsi ilə formalaşan sülh gündəliyinə qayıtmağa məcbur oldu. Mövcud şərtlərdə sülh gündəliyinin dağılması Ermənistan üçün daha risklidir:

- İndiyə qədər daha çox ritorik müstəvidə baş verən Rusiya ilə qarşıdurma praktiki mərhələdə sürətlənir;

- İran ətrafında geosiyasi qarşıdurma Ermənistan üçün regionda alternativləri məhdudlaşdırır;

- Avrointeqrasiya xətti Türkiyə ilə sərhədlərin açılması və Avropa bazarına çıxışı İrəvan üçün taleyüklü məsələyə çevirib;

Bu vəziyyətdən çıxış yolu Azərbaycanla sülh sazişinin imzalanmasıdır. Paşinyanın Əliyevə zəngi də Vaşinqton anlaşmalarına və prosesin yekunlaşmasına sadiqliyini təsiqləmək məqsədi daşıyır. Lakin Paşinyanın sülhə sadiqliyi üçün Əliyevə zəngdən daha çox şey etməli –Azərbaycana qarşı ərazi iddialarının əks olduğu Ermənistan konstitusiyasını dəyişdirməlidir. Telefon danışığı haqda rəsmi məlumatda liderlərin Vaşinqton anlaşmalarını, sülhün əldə edilməsi istiqamətindəki addımları, iqtisadi və ticarət əlaqələrini və TRİPP – Zəngəzur dəhlinin icrasını müzakirə etdiyi deyilir. Məlumatda qeyd olunmasa da, tərəflərin yekun sülh sazişinin önündə əsas maneə olan Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsini də müzakirə etdiyi istisna edilməməlidir.

Tarix
2026.08.08 / 21:52
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla