Yuxarı

Misir Mərdanovla bağlı vacib detal - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir Mərdanovla bağlı vacib detal - Foto

Ata nəsli Qərbi Azərbaycanın İcevan (Karvansara) rayonunun Salah kəndindən, Dəmirlilər nəslindən və Mərdanovlar soyadından olan həmyerlimizin Y DNT nəticəsi J1 haploqrupunun CTS1460 subkladı olaraq müəyyən olundu. Bu subklad Qafqazın ən qədim mutasiyalarından sayılır və istər Ermənistan, istərsə də Gürcüstan ərazilərində aparılmış paleodnt nümunələrində aşkarlanmışdır. Bu subkladı Kür-Araz mədəniyyətinin genetik davamı kimi qəbul edirlər. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov məhz bu nəsildəndir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan DNT layihəsi admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar bildirib.

Onun sözlərinə görə, bu nəticə göstərir ki, Misir Mərdanovun ata babaları 6000 il öncə də bu torpaqlarda yaşamış yerli və arxaik soylardandır:

“Bu subklad həmçinin Qərbi Azərbaycanda Əmirxeyir kəndindəki Dümələ və Salah kəndindəki Doluxanlı nəslində də aşkarlanmışdır.Testlər artdıqca bu subkladın xüsusən Qərbi Azərbaycanda və Azərbaycan türklərində geniş yayıldığı ortaya çıxacaq. Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub”.

Tarix
2026.08.08 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla