Yuxarı

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Neçə gündür ölkə mediasında özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxslə bağlı yazılar, xəbərlər dərc olunur. Əsl adının Kazım Abbasov olduğu deyilən bu şəxsin xeyli insanı aldatdığına dair iddialar var.

Axar.az Globalinfo-ya istinadla xəbər verir ki, müxtəlif adlar altında iş adamlarından, hüquq müdafiəçilərindən, zəngin qadınlardan müəyyən məbləğlərdə pullar alıb, mənimsəyib. Onun “qurbanları” arasında bir deputatın da adı hallanır…

“David Seliverstov”un iş düzəltmək, yaxud biznes qurmaq adı ilə xeyli adama pul borcu olduğu deyilir. Gəzən iddialara görə, pulunu geri istəyən bir neçə şəxs “Seliverstov” tərəfindən hədələnib, üstəlik onlara rədd cavabı verilib.

Bəs bu məsələ mediaya necə çıxdı?

Saytımıza daxil olan məlumata görə, Kazım Abbasov (“David Seliverstov”) Bakıda bir nəfərdən 100 min pul alıb. Həmin vəsaitlə iş qurmaq, yaxud işə düzəltməklə bağlı qarşı tərəfə söz verib. Lakin ortada nəticə olmadıqda pulu verən adam məsələni ictimailəşdirmək üçün müəyyən ünvanlardan kömək istəyib. Beləliklə, mövzu böyüyüb və mediaya çıxıb.

“David Seliverstov”un professor Qəzənfər Paşayevin kürəkəni olduğu deyilir. Mediada yazılan məlumatlarda bildirilir ki, o, Qəzənfər Paşayevin qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşıdır. İddialara görə, Kazım Abbasov Təranə Paşayevanın 500 min manat vəsaitini mənimsəyib. “Seliverstov”un bir neçə qadının da xeyli vəsaitini ələ keçirdiyinə dair iddialar dolaşır. Onun əsasən zəngin qadınları toruna saldığı haqda məlumatlar yayılıb.

İndi hər kəsi maraqlandıran bir neçə sual var: Kazım Abbasov necə “David Seliverstov”a çevrilib? Şəxsiyyət vəsiqəsində, ümumvətəndaş pasportunda, sürücülük vəsiqəsində və sair sənədlərdə onun ad-soyadı necə yazılıb? Neçə müddətdir milliyyətini yəhudi göstərməsi heç diqqət çəkməyib? Rəsmi qurumlar, aidiyyatı ünvanlar bu yalanın fərqində olmayıb?

Mediada çıxan məlumatlara görə, Kazım Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Xəzər Rayon Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Həmin iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrum edilib və 3500 manat cərimə olunub.

Hazırda onun Gürcüstanda olduğu deyilir.

Tarix
2026.08.10 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla