Yuxarı

Prezident Naxçıvan Regional DOST Mərkəzinin açılışında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Naxçıvan Regional DOST Mərkəzinin açılışında

20:26

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.

Axar.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, bu mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.

Bütün xidmətlər "Bir pəncərə" prinsipi əsasında təşkil olunub və Naxçıvan sakinlərinə rahat, operativ və əlçatan şəkildə təqdim ediləcək. Bu yanaşma müxtəlif sosial istiqamətlər – pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır.

Əlilliyi olan şəxslərin mərkəzdə tibbi-sosial ekspertizası, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı, eyni zamanda, reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi də icra ediləcək.

Dövlətimizin başçısı və birinci xanım qabaqcıl beynəlxalq istehsalçı şirkətlərin məhsulları olan protezlərə də baxdılar. Bu protezlər istifadəçilərə təbii fizioloji, sərbəst və təhlükəsiz hərəkət, müxtəlif səth və sürətlərə uyğunlaşma, həmçinin sosial həyata və əmək fəaliyyətinə daha sürətli inteqrasiya imkanı yaradır. İndiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim olunub. Həmçinin yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər sayəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxs əvvəlki sağlamlığına qovuşub.

Ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatı üzrə işlər nəcib fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılıb.

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən sosial müdafiə siyasəti nəticəsində reabilitasiya vasitələrinin çeşidinin sayı 57-dən 130-a çatdırılıb. Əlilliyi olan şəxslər bu ilin əvvəlindən bəri 300 minədək müxtəlif növ reabilitasiya vasitələri ilə təmin edilib.

Dövlətimizin başçısı və birinci xanım nazirliyin inklüziv mərkəzlərinin benefisiarları tərəfindən hazırlanmış bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj, floristika və digər sənət növləri üzrə əl işlərindən ibarət sərgiyə baxdılar. Həssas qruplardan olan şəxslərin yaradıcılıq potensiallarının üzə çıxarılması və iqtisadi fəallıqlarının dəstəklənməsi məqsədilə yaradılmış "dostart.az" portalı vasitəsilə həmin əl işlərinin onlayn satışı həyata keçirilir və bu təşəbbüs onların əmək bazarına inteqrasiyasına mühüm töhfə verir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması nəzərdə tutulan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi də təqdim edildi.

Qeyd olundu ki, əlilliyi olan şəxslərə hazırda 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə daha da genişləndirilərək 20-yə çatdırılması nəzərdə tutulur.

Son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar dünya səviyyəsində yüksək qiymətləndirilib və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikatla təltif olunub. Onların arasında "Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri" təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatı da var.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət, ümumilikdə isə 4,6 milyon sosial xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99 faiz olub.

Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.

Tarix
2026.08.11 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla