Yuxarı

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi açıqlamalara münasibət bildirib.

Axar.az Report-a istinadən xəbər verir ki, baş nazir qeyd edib ki, Azərbaycan və Avropa Birliyi arasında elektrik enerjisinin tranziti və Qara dəniz sualtı kabeli layihəsi ilə bağlı məsələlər ekspertlər səviyyəsində müzakirə olunub.

Onun sözlərinə görə, Qara dəniz sualtı kabeli, həmçinin elektrik enerjisi və rəqəmsal bağlantını nəzərdə tutan layihə, birgə maraq doğuran layihələr siyahısına daxil edilib.

"Əlbəttə, hamı başa düşür ki, Gürcüstan olmadan belə bağlantılar yaradıla və möhkəmləndirilə bilməz", – Kobaxidze bildirib.

Gürcüstan hökumətinin başçısı Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

"Prinsipial olaraq Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin, xüsusilə bağlantılar baxımından strateji əlaqələrimizin daha da möhkəmləndirilməsi çox vacibdir. Biz bunun üçün çalışırıq və bundan sonra da çalışacağıq", – baş nazir qeyd edib.

Kobaxidze Azərbaycan və Türkiyə ilə münasibətlərdə müsbət dinamikanın olduğunu da bildirib.

"Azərbaycanla, eləcə də Türkiyə ilə çox yaxşı dinamika var və, əlbəttə, bu istiqamətdə fəal şəkildə işləyəcəyəm", - o əlavə edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib:

"Bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerji sisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır. Təbii ki, indi siz də yaxşı bilirsiniz, biz bu son beş ildə Kəlbəcər dağlarında, 3500 metr yüksəkliklərdə qarın içində dirəklər quraşdırmışıq. Yəni əgər biz bu layihəni icra etməli olsaq, bu, maksimum 6 ay çəkər.

Amma Ermənistan, təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRİPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər".

Tarix
2026.08.12 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla