Yuxarı

Məmmədyarov Tsvayfelhoferlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədyarov Tsvayfelhoferlə görüşdü

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, iqtisadiyyat, daxili işlər və ədliyyə naziri Tomas Tsvayfelhofer ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, T. Tsvayfelhofer E. Məmmədyarovun Lixtenşteyn Knyazlığına rəsmi səfərini Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə kimi dəyərləndirib.

O, ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Görüş zamanı E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyətə dair məlumat verərək, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini ifadə edib.

Nazir iqtisadi əməkdaşlıq məsələlərinə də toxunaraq bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb. O, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda reallaşan Şərq-Qərb, Şimal-Cənub, Bakı-Tiflis-Qars dəmiryolu kimi iri infrastruktur və nəqliyyat layihələri haqqında həmsöhbətinə geniş məlumat verib. Nazir Lixtenşteynin Avropanın ən sənayeləşmiş ölkələrindən biri olduğunu qeyd edərək, Lixtenşteyn şirkətlərini Azərbaycanda da fəal olmağa və sözügedən layihələrdə iştiraka dəvət edib.

Görüşdə tərəflər ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Lixtenşteyn arasında ikiqat vergi tutulmasının aradan qaldırılması, sərmayələrin qorunmasına dair sazişlərin imzalanmasının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələlərinə də toxunublar.

T. Tsvayfelhofer iki ölkənin ticarət palataları arasında ilkin təmasların yaradılması və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması fikrini dəstəklədiyini bildirib. O, Azərbaycanda "Hilti" şirkətinin uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizin biznes mühitindən razılığını ifadə edib.

Görüşdə həmçinin TAP və TANAP layihələri, iqtisadi-ticarət sahəsində əməkdaşlığın digər aspektlərinə dair fikir mübadiləsi aparılıb.

Tarix
2016.10.11 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

Müctəbanın ilk müraciəti - İran öz yolunu seçdi

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artdı

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

İran qalib gəlir? Bu yalana inanmamaq üçün... - Ekspert

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla