Yuxarı

İrəvan buna görə cavab verməlidir – AŞPA-da çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva AŞPA-da Xocalı soyqırımından danışıb və xocalıların çağırışını səsləndirib.

Axar.az xəbər verir ki, bu gün AŞPA-nın sessiyasında "Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: konkret və genişlənmiş öhdəliyə doğru" qətnamə layihəsi ətrafında müzakirələr aparılıb.

Millət vəkili bildirib ki, bu qərar layihəsinin məqsədi soyqırımlar, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır:

"AŞPA-da bir çox qərarlar qəbul edilir, ancaq yenə də soyqırımlar, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinin şahidi oluruq. Ona görə də AŞPA sadəcə qərarlar qəbul etməklə kifayətlənməməli, bunu edən ölkəyə qarşı ciddi tədbirlər görməlidir. AŞPA prinsiplərinə görə, təşkilata üzv olan bir ölkə digərinin torpaqlarını işğal edə və işğalda saxlaya bilməz. Amma Azərbaycan torpaqlarının 20 faizini 20 ildən artqdır ki, işğalda saxlayan, BMT və AŞPA qətnamələrini yerinə yetirməkdən imtina edən Ermənistana qarşı Avropa Şurası tərəfindən heç bir ciddi addımlar atılmır. Ermənistan ədalət qarşısında cavab verməlidir! Ermənistan Xocalıda bir gecədə çoxu qadın, uşaq, yaşlı olmaqla 613 insana qarşı dəhşətli bir soyqırım həyata keçirdi, yüzlərlə azərbaycanlı əsir, girov götürüldü, işgəncə verildi, minlərlə insan sağlamlığını, ailə üzvlərini, evini itirdi və bu gün xocalılar da daxil olmaqla, 1 milyon azərbaycanlı köçkün öz evinə dönə bilmir. Çünki soyqırımı törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər.

Xocalı sakini, erməni əsirliyində, girovluğunda olmuş dəyərli bir xanım, dostum, yaşadığı dəhşətləri "Səkkiz gün erməni zindanında"adlı kitabında əks etdirən Dürdanə Ağayeva ilə söhbətim zamanı o, xocalıların sadəcə ədalət istədiyini dedi. Görüşdüyüm bütün xocalılaların sizdən istəyi də sadəcə budur. Bu, əslində torpaqları, evləri işğal altına düşmüş milyonlarla insanın AŞPA-ya çağırışıdır".

Tarix
2016.10.13 / 11:50
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla