Yuxarı

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın gələn il Belqradda keçiriləcək "EXPO 2027" beynəlxalq sərgisində iştirak etmə ilə bağlı planlarına görə təşəkkür edib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadənin etimadnaməsini qəbul etməsi ilə əlaqədar paylaşımında deyilir.

Serbiya Prezidenti səfirin mandatı dövründə də iki ölkə arasındakı strateji və ənənəvi dostluq münasibətlərinin dinamik inkişafının davam edəcəyinə inamını bildirib. A.Vuçiç vurğulayıb ki, tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi qarşılıqlı etimadın əsas təməllərindən birini təşkil edir.

Dövlət başçısı qeyd edib ki, intensiv siyasi dialoq və bütün səviyyələrdə rəsmilərin mütəmadi görüşləri Serbiya ilə Azərbaycan arasındakı yaxın əlaqələrin bariz göstəricisidir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belqrada son səfəri və səfər çərçivəsində Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin ikitərəfli münasibətlərdə yeni səhifə açdığını diqqətə çatdırıb.

Görüşün sonunda Serbiya Prezidenti həmkarı İlham Əliyevə ən xoş arzularını çatdırıb:

"Hörmətli həmsöhbətimdən xahiş etdim ki, müdrik liderliyi və ölkəmizə səmimi rəğbəti iki dövlət arasındakı ümumi əlaqələrin dayaqlarından biri olan əziz dostum, Prezident İlham Əliyevə ən səmimi salamlarımı yetirəsiniz".

Tarix
2026.09.14 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla