Yuxarı

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Bu ilin 7 ayı üçün doğuş sayı açıqlanıb – ölkəmizdə 7 ayda 48.954 uşaq anadan olub. 7 ayda ölənlərin sayı isə 35.829-dur. 7 ayda əhali artımı artım 13.125 nəfərdir.

Bu gedişlə 2026-cı il ərzində əhali artımı 22,5 min olacaq. 2025-ci ildə bu rəqəm 36.041 idi: 2024-cü ildə 44.119, 2023-cü ildə 53,625, 2022-ci ildə 62.036 nəfər idi...

Ötən illə müqayisədə doğum sayı (hər min nəfərə görə) 9,2-dən 8,2-yə düşüb, ölüm sayı isə 5,9-dan 6-ya qalxıb.

Son 4 ildə bu rəqəm təxminən 3 dəfə azalıb, 10-15 il öncə ilə müqayisədə isə daha ciddi azalmalar müşahidə edilir.

Statistika dəhşəti bununla bitmir:

Bu ilin 7 ayında doğulan uşaqların 53,4 faizini oğlanlar, 46,6 faizini isə qızlar təşkil edir. Bu, abortların səviyyəsini göstərən növbəti faktdır. Təəssüf ki, bəzi valideynlər qız övladını döl vaxtında belə məhv edir.

Bu, həm də cəmiyyətdə yaxın onildə ciddi disbalansa gətirib çıxaracaq.

Ötən gün yayılan məlumatda bildirilirdi ki, hər 100 doğulan körpəyə 99 abort düşür. Abortların sayı doğum sayına çatıb!

Bu ilin 7 ayında 22 130 nikah qeydə alınıb – ötənilki göstəricidən 5 379 və ya 19,6 faiz az! Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da 4,6-dan 3,7-yə enib.

11 678 boşanma qeydə alınıb və əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı ötən illə müqayisədə dəyişməyib – 2,0 səviyyəsində qalıb.

Evlənənlər azalır, boşanmalar çoxalır, boşanma halları nikah sayının yarısını keçib, doğuş azalıb, ölüm artıb.

Azərbaycanda əhali düşünüldüyündən daha sürətlə azalmağa doğru gedir.

Bu, Azərbaycanın qarşısında ən böyük çağırış olmalıdır.

Tarix
2026.09.17 / 11:41
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Prezident Laçına görə MDB-yə təşəkkür etdi

MDB bu cür platforma kimi özünü təsdiqləyib

Azərbaycan XİN Uqandanı təbrik etdi

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı - Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram ki, Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla