Yuxarı

Yaşar Gülər Xocavənddə - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşar Gülər Xocavənddə - Video

12:03

“Birliyin Gücü-2026” birgə hərbi təlimi çərçivəsində oktyabrın 1-də Azərbaycan Ordusunun arsenalına yeni qəbul olunan və hazırda istifadədə olan silah və hərbi texnikanın sərgisi təşkil edilib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, sərgi Xocavənd rayonunun Qızılqaya Təlim Mərkəzində keçirilib.

Sərgidə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov baxış keçiriblər.

Təqdim edilən silah və hərbi texnikanın bir qismindən təlim çərçivəsində keçirilən praktiki məşqlər zamanı da istifadə olunub.

Sərgidə müxtəlif növ silah sistemləri və hərbi texnika, o cümlədən ağır artilleriya qurğuları, radar əleyhinə sistemlər, toplar və pilotsuz uçuş aparatları nümayiş etdirilib.

Bununla yanaşı, tanklar, zirehli döyüş maşınları, hərbi yük və xüsusi təyinatlı texnika, müxtəlif atıcı silahlar, pilotsuz uçuş aparatları, eləcə də müşahidə-kəşfiyyat avadanlıqları təqdim olunub.

***

Oktyabrın 1-də Xocavənd rayon ərazisində yerləşən Qızılqaya təlim mərkəzində “Birliyin Gücü - 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ilə yanaşı iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, digər yüksək vəzifəli qonaqlar, həmçinin yerli və xarici media nümayəndələri "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək məqsədilə təlim mərkəzinə səfər ediblər.

Qonaqlar təlim çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilmiş və təlimdə istifadə olunan silah, texnika, insansız sistemlər, aviasiya vasitələri və digər xüsusi hərbi avadanlıqlarla tanış olublar.

Daha sonra yüksək səviyyəli qonaqlar təlimin növbəti mərhələlərini və praktiki fəaliyyətləri izləyəcəklər.

Tarix
2026.10.01 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla