Yuxarı

OPEK-dən Azərbaycana rəsmi dəvət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan oktyabrın sonlarında Vyanada keçiriləcək OPEK-in Əlcəzair müqaviləsinin həyata keçirilməsi üzrə yüksək səviyyəli komitəsinin iclasına rəsmi dəvət alıb.

Bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dəvəti qəbul etmək və iclasda iştirak etmək niyyətindədir:

"Dəvət bu gün göndərilib. Bu, OPEK ölkələri nazirlərinin və təşkilata daxil olmayan istehsalçıların profil görüşü olacaq. İclas oktyabrın 28-31-də keçiriləcək. Bizim mövqeyimizə gəlincə, Azərbaycan iştirak etmək niyyətindədir".

Qeyd edək ki, sentyabrın 28-də OPEK-in Əlcəzairdəki qeyri-formal görüşündə hasilatın sutkada 32,5-33 milyon barel diapazonunda məhdudlaşdırılması ilə bağlı razılığa gəlinmişdi.

Tarix
2016.10.24 / 16:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla