Yuxarı

Vitse-prezidentin Azərbaycana qarşı mənfur planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vitse-prezidentin Azərbaycana qarşı mənfur planı

AŞPA-da "Dağlıq Qarabağın didərgin azərbaycanlı icması"nın dostları qrupunun yaradılması vacibdir.

Axar.az xəbər verir ki, bu təklifi Fransanın AŞPA nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Rene Rukenin son zamanlar Dağlıq Qarabağa intensiv səfərini şərh edən politoloq Elxan Şahinoğlu irəli sürüb:

"Vaxtilə ermənilər Azərbaycana qarşı informasiya blokadasından yararlanaraq Avropadakı "dostlarından" bizə qarşı istifadə edirdilər. Sonrakı illərdə informasiya blokadasını yara bildik. Ancaq Avropada "ağ" rəngə "qara" və tərsinə deyənlərin sayı azalmadı. Bunlardan biri də İrəvanı və Xankəndini su yoluna döndərən və bütün əməlləri Azərbaycana qarşı olan fransalı deputat Rene Rukedir. Bu həmin Rene Rukedir ki, dəfələrlə Ermənistan üzərindən Dağlıq Qarabağa səfərlər edib və separatçıların lideri ilə saatlarla müzakirə aparıb. Bu azmış kimi özü ilə birgə "əsabələrini" də Xankəndiyə gətirib. O, 2011-ci ilin oktyabrında AŞPA-nın 32 deputatı ilə birgə "Dağlıq Qarabağ Respublikası"nın müstəqil dövlət kimi tanınması" haqqında sənədi imzalayıb. Buna görə də rəsmi Bakı AŞPA-nın 2014-cü il mayın 22-23-də Bakıda keçirilən Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək məqsədilə Azərbaycana səfər etməsi üçün Rene Rukeyə viza verməyib. Ruke Krım və Donbas məsələsində Ukraynanın ərazi bütövlüyündən çıxış edərkən, Azərbaycan torpaqlarının işğalı məsələsində fərqli mövqedən çıxış edib. Fransalı deputat qorxur ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün yenidən fəallaşacaq".

AŞPA-nın komitələrinin iki il ərzində Azərbaycanda nəzərdə tutulan iclaslarını təxirə salmaq haqda qərarına rəğmən, fransalı deputatın Aprel döyüşlərindən sonra təcili Xankəndidə separatçılarla görüşməsini təsadüf hesab etməyən siyasi şərhçi bildirib ki, bu şəxs AŞPA-da növbəti müzakirə predmetini Ermənistanla razılaşdırmaq istəyir:

"Başqa sözlə, Azərbaycana qarşı təxribat planlaşdırırlar. Rukenin Sərsəng su anbarı ilə bağlı qətnaməyə ermənilərin irəli sürdüyü 15 düzəlişin hər birinə imza atması ondan xəbər verir ki, erməni deputatlarla vahid tandemdə fəaliyyət göstərirlər.

O öz vəzifə səlahiyyətindən istifadə edərək, AŞPA-da elə bir sənəd qəbul etdirmək istəyir ki, Azərbaycan heç bir halda işğal altındakı torpaqları güc yolu ilə geri qaytarmağa çalışmasın, əks halda təşkilatın sanksiyaları ilə üz-üzə qalsın.

Rene Ruke ilə erməni separatçılarının işbirliyini pozmaq üçün Avropada, o cümlədən AŞPA-da Dağlıq Qarabağın didərgin azərbaycanlı icmasının dostları qrupunun yaradılmalıdır. Məhz Avropadakı dostlarımız Rene Ruke ilə mübarizə aparmalıdırlar".

Tarix
2016.10.25 / 13:17
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?

Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk

Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

XİN bu ölkəni təbrik etdi

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla