Yuxarı

Alimlərimizin məruzələri beynəlxalq jurnalda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlərimizin məruzələri beynəlxalq jurnalda - Foto

Moskva vilayətinin Zveniqorod şəhərində akademik V.İpatyevin xatirəsinə həsr edilmiş "Neft-kimya sahəsində aktual problemlər" mövzusunda növbəti konfrans keçirilib.

İnstitutdan Axar.az-a bildirilib ki, konfransda Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – texnika elmləri doktoru Səadət Əsgərzadə və kimya elmləri doktoru Reyhan Əliyeva mövzuya dair məruzələrlə çıxış ediblər.

Azərbaycan alimlərinin məruzələri yüksək səviyyədə qəbul edilib və "Nefteximiya" jurnalında dərc olunması təklif edilib.

Rusiya Federasiyası, Qazaxıstan və Belarusun tanınmış alimlərinin iştirak etdikləri tədbirdə R.Əliyeva "Neft-kimya sintezi prosesləri və katalizatorları" seksiyasına sədrlik edib. Konfransda sənaye müəssisələrinin, o cümlədən "Sibur", "VNİPİneft"dən olan nümayəndələrin və həmçinin gənc tədqiqatçıların işlərinə xüsusi diqqət ayrılıb.

Konfrans çərçivəsində Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları xarici alimlər və sənaye işçiləri ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Tarix
2016.10.27 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsi ilə bağlı birgə rəy açıqlandı: Vurulub!

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla