Yuxarı

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Bilirdim ki, Prezidentimiz İlham Əliyev idmana, elmə çox dəyər verir və həssas yanaşır. İlin sonuna 5 gün qalmasına baxmayaraq, çox əmin idim ki, bu tarixi hadisə - Everest (8.848 metr) və Lhotse (8.516 metr) zirvələrinə qalxmağım dəyərləndiriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunan azərbaycanlı alpinist Vəfa Musayeva deyib.

“Tərəqqi” medalına layiq görüldüyüm üçün daha çox Azərbaycan qadını, Azərbaycan alpinisti olaraq sevinirəm. Azərbaycan alpinizmində Azərbaycan vətəndaşı olaraq ilk dəfə buna layiq görülmüşəm. Bu, mənim üçün böyük məsuliyyətdir. Eyni zamanda da gələcək zirvələr üçün mənə ilham verir.

Çox təsirlənmişəm, çox qürurluyam, çox xoşbəxtəm. Belə diqqət çox dəyərlidir. Everest zirvəsində bayrağı qaldıranda necə sevincdən ağlamışdımsa, indi də eyni duyğuları yaşayıram”, - alpinist bildirib.

Tarix
2025.12.25 / 18:37
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla