Yuxarı

Bu şəxslər bazar günü işləsin - Deputatdan təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər bazar günü işləsin - Deputatdan təklif

Azərbaycanda sürüşkən iş rejiminə keçirilməsi, hətta bir sıra müəssisələr üçün bazar gününün iş günü olması təklif edilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, tıxac probleminin həlli ilə bağlı müxtəlif istiqamətlərdə düşünməliyik:

“Bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır. Elə müəssisələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkün ola bilər. Məsələn, banklar və başqa sektorlar iş günü çalışmaya bilərlər. Bu yaxınlarda yayımlanan bir reportajda dövlət qulluqçularından biri müsahibəsində qeyd etmişdi ki, mən 8 saat rəsmi işlə işləyirəm, 4 saat isə tıxac üçün işləyirəm. İnsanların böyük əksəriyyəti işə çatmaq üçün evdən 2 saat əvvəl çıxır, geri qayıdarkən də 2 saat vaxt itirir. Ona görə Bakının tıxac problemi həll olunana qədər vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar ata bilərik. Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saat vaxt itirir, heç olmasa ona işdən 1 saat tez çıxmaq imtiyazı nəzərdə tutulmalıdır. Bu, həm insanların işə daha keyfiyyətli yanaşması, həm də ümumi əmək məhsuldarlığı baxımından olduqca faydalıdır. Düşünürəm ki, hazırda Bakının tıxac probleminin həlli doğrudan da çətindir. Avtobusların hərəkəti və digər nəqliyyat məsələləri tənzimlənməlidir”.

Tarix
2025.12.26 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla