Yuxarı

Vens fevralda Ermənistana gələcək - Sərkisyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vens fevralda Ermənistana gələcək - Sərkisyan

ABŞ 2026-cı ildə Cənubi Qafqazdakı fəaliyyətini artıracaq və “Tramp yolu”nun rəsmi olaraq açılması istisna deyil.

Axar.az xəbər verir ki, bunu Ermənistan Amerika Araşdırmaları İnstitutunun rəhbəri, politoloq Suren Sərkisyan deyib.

O bildirib ki, bu, Ermənistanda iyun ayında keçiriləcək seçki kampaniyası ilə üst-üstə düşə bilər:

“ABŞ-ın regiondakı maraqlarına yalnız Ermənistanın gündəliyi deyil, qlobal siyasət kontekstində baxılmalıdır. “Tramp yolu” ancaq Ermənistan və Azərbaycanla bağlı deyil, həm də Mərkəzi Asiyanı Rusiyadan yan keçməklə Avropa ilə birləşdirmək, Çinin təsirini azaltmaq məqsədi daşıyan daha böyük bir layihənin hissəsidir. Məsələ ilk növbədə, Orta Asiyadan Avropaya enerji resurslarının ixracı və Rusiyadan asılılığın azaldılması ilə bağlıdır. Bu kontekstdə, “Tramp yolu” boru kəmərləri və nəqliyyat dəhlizləri də daxil olmaqla alternativ logistika marşrutlarından biridir və İrəvanın daha geniş geoiqtisadi layihənin yalnız bir elementi olduğu bildirilir. Mərkəzi Asiya ölkələri bir neçə ildir ki, Rusiya və Çindən yan keçərək Avropa bazarlarına alternativ marşrutlar qurur. Amerikanın bölgədəki fəaliyyəti xüsusilə 2026-cı ildə nəzərə çarpacaq. Yüksək vəzifəli Amerika rəsmilərinin səfərləri gözlənilir. ABŞ-ın yüksək səviyyəli nümayəndəsi fevral ayında Ermənistana səfər edə bilər. Söhbət ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensdən gedir. Ümumilikdə, investisiyalar, birgə layihələr və Amerikanın iştirakının artması gözlənilir”.

Tarix
2025.12.26 / 12:04
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla