Yuxarı

Bu, İrəvanın "İsgəndər"inə Bakının cavabıdır - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın gələcəkdə genişmiqyaslı müharibənin olacağına inanmıram, ancaq Aprel hadisələrinə bənzər toqquşmalar istisna edilmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib. O, hesab edir ki, Azərbaycanın qarşıda keçirəcəyi genişmiqyaslı hərbi təlimlərin əhəmiyyəti olduqca böyükdür:

"Azərbaycan vaxtaşırı düşmənə öz gücünü nümayiş etdirməlidir. Əzələ nümayişi, ümumiyyətlə, diplomatiya praktikasında hər zaman istifadə olunur. Qarşıdakı böyük hərbi təlimlər isə birbaşa Ermənistanın "İsgəndər" komplekslərinə bir cavabdır. Ermənistan anlamalıdır ki, Azərbaycanla oyun oynamaq olmaz. Yaxın gələcəkdə genişmiqyaslı müharibənin olacağına inanmıram, ancaq Aprel hadisələrinə bənzər toqquşmalar istisna edilmir. Vəziyyəti Ermənistan və ona himayədarlıq edən qüvvələrin siyasəti gərginləşdirir. Ermənistan Azərbaycanı məcbur etsə, toqquşmalar mütləq olacaq. Təcrübə göstərir ki, məsələ bu dəfə də ermənilərin xeyrinə həll olmayacaq. İrəvan gec-tez bu həqiqəti dərk etməlidir. Çünki sıravi erməni zabiti başa düşür ki, artıq özgə torpağı uğrunda həlak olmaq onlara heç bir uğur qazandırmayacaq. Ermənistandakı real durum da bunu təsdiq edir, artıq rejimə qarşı vəziyyət pisləşir".

Tarix
2016.11.06 / 10:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla