Yuxarı

Əcəvit Güləni prezident edəcəkdi – Gizli hesabat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara polis idarəsinin keçmiş rəisi Cövdət Saral 15 iyul dövlət çevrilişinə cəhdi araşdıran Məclis Araşdırma Komissiyasına ifadə verib.

Axar.az xəbər verir ki, Saral 1999-cu ildə Gülənlə bağlı hesabat hazırladığını, hərəkat rəhbərinin yayımlanmış kitab və disklərini araşdırdığını deyib.

Saral hazırladığı hesabatı təqdim etdikdən 3 gün sonra Gülənin ABŞ-a qaçdığını bildirib:

"Ölkəni tərki etməsinin əsas səbəbi hazırladığımız hesabata dövlətin verəcəyi reaksiyanı öncədən təxmin edə bilməməsi idi. Çünki hesabatımızda dövləti son dərəcə təhlükəli gördüyümüz bu hərəkata qarşı vaxt itirmədən mübarizəyə çağırmışdıq.

Gülən 2000-ci illərdə ölkəni tamamilə ələ keçirməyə çalışırdı. Həmin dövrdə Baş Qərargahın general-leytenantı Rəşad Turqut ilə bir söhbətimiz oldu. General hazırladığımız hesabatın işə yaradığını dedi. "Paşam, bizim heç işimizə yaramadı, bu necə ola bilər", - soruşdum. O isə cavabında "Əgər hesabat əlimizdə olmasaydı, Əcəvit Fətullahı prezident edəcəkdi" dedi. "Paşam, bu ki mümkün deyil! Adam orta məktəbi belə bitirməyib, Əcəvit onu necə prezident edəcək", - sualıma isə belə cavab verdi: "Onlar asanlıqla yoluna qoyulan işlərdir".

Baş Qərargahda hələ o vaxtdan Gülənə tabe olan və olmayan iki cəbhə varmış. Hörmətli Ərbakana "Sən bu işi bacarmırsan, iqtidarı tərk et", - deyən də Gülən olub. Əlbəttə, Əcəviti müdafiə etmək olar. O, incə ruhlu adam idi və "camaat" bundan istifadə etməyə çalışıb".

Tarix
2016.11.10 / 11:11
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla