Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


Şahin Mustafayev prezidentlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkianinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, martın 14-də İtaliya nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. İtaliyalı qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Həmin gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev D.Serrakiani ilə görüşüb. Görüşdə nazir Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, ölkəmizin Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər, eləcə də parlamentlərarası əlaqələr üzrə işçi qrupları, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan və İtaliya arasında iqtisadi sahədə də əlaqələr inkişaf etməkdədir. İndiyədək ölkələrimiz arasında iqtisadi sahədə investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, kiçik və orta müəssisələr sahəsində əməkdaşlıq və s. kimi 20-yə yaxın sənəd imzalanıb. Azərbaycanda ticarət, sənaye, rabitə, nəqliyyat, tikinti, xidmət, bank və sığorta sahəsində 50-dən çox İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. İtaliya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı kimi də iştirak edirlər. İtaliya Azərbaycan əsas ticarət tərəfdaşlarındandır. 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 7%-dən çox artıb. Mütəmadi olaraq iki ölkə arasında qarşılıqlı biznes forumlar, işgüzar görüşlər keçirilir ki, bu da ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətlidir".
Ş.Mustafayev İtaliya regionları ilə iqtisadi əlaqələrin genişləndirilməsinin, Azərbaycanda yaradılan sənaye parklarında İtaliya şirkətlərinin iştirakının, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, həmçinin şərab və bitki yağları istehsalı sahəsində əməkdaşlığın, hər iki ölkənin investisiya imkanlarının araşdırılması və qarşılıqlı investisiya qoyuluşlarının təşviqi məqsədilə məlumat mübadiləsinin təşkilinin, İtaliyada həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakının dəstəklənməsinin, iş adamlarının iştirakı ilə biznes forumların, sərgi və yarmarkaların təşkilinin əməkdaşlığın daha da inkişafı baxımdan əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir siyasi və makroiqtisadi sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını qeyd edib, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu diqqətə çatdırıb.

İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti D.Serrakiani Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, İtaliya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini qeyd edərək, təmsil etdiyi region ilə Azərbaycan arasında əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Tarix
2014.03.14 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərbin Türkiyə planı: Ya Ərdoğan getməlidir, ya da...

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş...

Əbülfəz Elçibəy yaşasaydı... - Bu gün

Sən xərçəngə qalib gəlmək gücündəsən! - Millət vəkili

Gözlər Türkiyədə: Ərdoğanı “dəfn etməyə” tələsməyin – Şərh

Oğlunun xəstəliyi nazirimizin də ömrünü bitirdi - Həyat yolu

Bu aksiyalara çox böyük ehtiyac var - Millət vəkili

Azərbaycan naziri İsraildə qəflətən dünyasını dəyişdi

Buraxılış imtahanlarının nəticələri elan olundu

Ordumuzun diversiya keçirməsi ilə bağlı - Rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla