Yuxarı

Ukraynadan Azərbaycan dilində təşəkkür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycana bu ölkəyə verdiyi dəstəklə əlaqədar təşəkkür edib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, təşəkkür Ukrayna XİN-in rəsmi "Tvitter" səhifəsində yerləşdirilib. Azərbaycan dilində yazılan müraciətdə deyilir: "Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik!"

Qeyd edək ki, martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub. Azərbaycan qətnamənin lehinə səs verib. Bundan əvvəl isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Ukraynada stabilliyin bərpasına və problemlərin sülh yolu ilə çözülməsinə tərəfdardır. Nazirin sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib: "Azərbaycan ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub".

Tarix
2014.03.28 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla